Düz iki il əvvəl Azərbaycan Respublikasında Ukraynanın ilk fəxri konsulluğu açılmışdır.
Bu müddət ərzində mədəniyyət, humanitar, təhsil və iqtisadi sahələrdə bir çox layihələrin həyata keçirilməsi, Ukrayna-Azərbaycan əməkdaşlığının genişləndirilməsi, zənginləşdirilməsi və yeni mərhələyə çıxarılması mümkün olmuşdur.
rf-nin Ukraynaya qarşı genişmiqyaslı işğalının ilk günündən Fəxri konsulluq Ukraynanın Azərbaycandakı Səfirliyi ilə birlikdə ölkəmiz üçün mühüm layihələri və təşəbbüsləri həyata keçirərək, Ukraynaya və Ukrayna vətəndaşlarına hərtərəfli yardımın göstərilməsinə fəal şəkildə qatılmışdır.
Bütün qeyd olunan işlərin yalnız başlanğıc olduğunu və qarşıda bizi daha maraqlı məqamların gözlədiyini anlamaq xoşdur!
Ukrayna-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində şəxsi xidmətlərinə görə Ukraynanın Şamaxı ş. Fəxri konsulu Mehrəli Qasımov 2022-ci ilin yanvarında yüksək dövlət mükafatı - III dərəcəli “Xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulu Mehrəli Qasımova və konsulluq müəssisəsinin bütün kollektivinə Ukrayna və Azərbaycan arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün göstərdikləri gərgin əməyə, qayğıya və səmimi istəklərinə görə təşəkkür edirik!

