Hər il, fevralın 20-si, Ukrayna Prezidentinin 11.02.2015-ci il tarixli “Şərəf İnqilabı iştirakçılarının qəhrəmanlığının yad edilməsi və Səma Yüzlüyü Qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi haqqında” Əmrinə əsasən, Ukrayna Səma Yüzlüyü Qəhrəmanlarının Günün qeyd edir.
Məhz həmin gün, biz ədalətsizliyə qarşı çıxaraq demokratiya, vətəndaş hüquqları və azadlıqları, ölkəmizin Avropa gələcəyi uğrunda mübarizə apararaq ən dəyərli varlıq olan öz həyatını qurban vermiş şəxsləri yad edirik.
Avropa inteqrasiyası şüarları altında dinc aksiyalar 21 noyabr 2013-cü ildə başladı, lakin illərlə onlar hakimiyyət rejiminə ictimai itaətsizlik kampaniyasına – Şərəf İnqilabına çevrildi, hansı ki 22 fevral 2014-cü ilə qədər davam etdi. Hadisələrin mərkəzi Müstəqillik meydanı və ona bitişik küçələr: Xreşatik, Qruşevskiy, İnstitutska küçələri idi. Hakimiyyətin güc yolu ilə etirazları yatızdırmağa istiqamətləndirilmiş hərəkətləri münaqişənin eskalasiyasına və insan tələfatına gətirib çıxardı. 20 fevral 2014-cü il tarixi hakimiyyət və cəmiyyət arasında münasibətlərin postsovet modelinə çevrilməsi, köhnə korrupsiya sxemlərinə dönüş nöqtəsi, eləcə də “çoxvektorluqla”mübarizənin markerinə, həqiqətdə isə - xarici siyasət kursunda Rusiyapərəst cazibəsinə çevrilmişdir. Bunun üçün insanlar ən qiymətli dəyər – öz həyatlarını qurban verdilər. 2014-cü ilin yanvarında və fevralında silahlı qarşıdurmalar zamanı həlak olmuş fəallara Səma Yüzlüyü deyilir. Onlar Şərəf İnqilabının 107 iştirakçısı, eləcə də 2014-cü ilin yazında Ukraynanın şərqində və mərkəzində Rusiyapərəst döyüş qruplaşmalarınınhərəkətləri nəticəsində həlak olmuş fəallardır.
Səma Yüzlüyü Qəhrəmanlarının igidliyi Avropa İttifaqında tanınmışdır. Xüsusilə də, 18 oktyabr 2018-ci il tarixində Səma Yüzlüyü simvolik olaraq Avropa cəmiyyətinin Kudenqove-Kalergi Mükafatına layiq görülmüşdür. 1978-ci ildə təsis edilmiş bu nişanla fəaliyyəti Avropada dövlətlərin birləşməsi yolu ilə sülh və təhlükəsizliyin dəstəklənməsinə və dünyada siyasi bərabərliyin qurulmasına istiqamətləndirilmişşəxslər təltif edilir. Bir zamanlar bu mükafatı Ronald Reyqan, Helmut Kol, Angela Merkel almışdır. 2018-ci ildə tarixdə ilk dəfə olaraq bu mükafat bir şəxsə deyil, Kiyevdə Avro-Maydan hadisələri zamanı Ukraynada vətəndaş azadlığı və Avropa dəyərlərini qoruyaraq həyatlarını qurban vermiş 107 şəxsə verilmişdir.
Səma Yüzlüyünün Qəhrəmanları bütün Ukrayna üçün həm fədakarlıq, qəhrəmanlıq və vətənpərvərlik rəmzinə, həm də Səma Yüzlüyü Qəhrəmanlarının işini ləyaqətlə davam etdirən, azad həyat hüququmuzu qoruyan qəhrəman hərbçilərimiz üçün ilham mənbəyinə çevrilmişdir.