23 fevral tarixində Ukrayna Xarici İşlər Nazirinin müavini V.Bodnar Azərbaycana səfəri zamanı həmkarı Azərbaycan Xarici İşlər Nazirinin müavini M.Məmməd-Quliyevlə görüşüb. Məqsədli sosial-iqtisadi layihələrin, habelə qonşu region və ayrı-ayrı qabaqcıl ölkələrlə sinerjinin həyata keçirilməsi üçün QDİƏT fəaliyyətinin perspektivli istiqamətləri, Aİ və BMT-dəki əməkdaşlıq məsələləri müzakirə olunub.
Ukrayna adından QDİƏT-in Baş katibi vəzifəsinə namizəd olan V.Bodnar xüsusi olaraq qeyd etmişdir ki, QDİƏT fəaliyyəti Təşkilatın bütün ölkələri üçün əlverişli olan iqtisadi layihələrə fokuslanmalıdır. Əsas ideya – biznes, IT-texnologiyaları və innovasiyalar – bütün ölkələrin iqtisadi maraqlarının birləşdirəcək platformanın yaradılması. Ümumilikdə, Ukrayna və Azərbaycanın QDİƏT-də və digər tərəfdaş-ölkələrlə qarşılıqlı əməkdaşlığı Qara dəniz regionu və dünyanın iqtisadi proseslərində inteqral iqtisadi əməkdaşlığın gücləndirilməsiüçün yeni əlavə imkanlar yaratmalıdır.
Tərəflərin fikrincə, birgə səylər sayəsində, regionun bütün ölkələrinin işgüzar cəmiyyətinin tələbatının ödənilməsi məqsədilə, özəl-dövlət tərəfdaşlıq proqramlarının həyata keçirilməsi yolu ilə QDİƏT fəaliyyətinin keyfiyyətini artırmaq lazımdır. Xüsusilə də, bu QDİƏT İşgüzar şurasının fəaliyyətinin restrukturizasiyası, startapların işə salınması, yüklərin daşınma prosedurunun təkmilləşdirilməsi, “elektron icazə” layihəsinin həyata keçirilməsi, eləcə də rəqəmsal dövlət xidmətlərinin sinxronizasiyası və BLOCKCHAIN texnologiyalarının tətbiqi ilə gömrük və sərhədyanı prosedurlarının uzlaşdırılmasına aid edilir. Həmçinin, biznes təkliflərinin həyata keçirilməsi, işgüzar onlayn-görüşlərinin və tematik biznes-forumlarının keçirilməsi məqsədilə elektron bazanın yaradılması üçün QDİƏT fəaliyyətini gücləndirmək vacibdir.
Görüş zamanı, həmçinin, GUAM fəaliyyəti çərçivəsində əldə edilmiş müsbət təcrübənin tətbiqinin, eləcə də tərəfdaş-ölkələrin regionları arasında əməkdaşlığın inkişaf etdirilməsininvacib olduğu vurğulanmışdır.