Görüş zamanı geniş əhatəli, xüsusilə də, Ukrayna və Azərbaycan Respublikasının inzibati-ərazi vahidləri arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə olunub.
Görüşün nəticələrinə əsasən, tərəflər yeni qarşılıqlı əlverişli layihələrin həyata keçirilməsində maraqlı olduqlarını, eləcə də mövcüd, həmçinin, ticarət-iqtisadi, mədəni-humanitar, turizm və digər sahələrdə əməkdaşlığın gələcək inkişafının vacibliyini vurğulamışlar.

