21 fevral 2020-ci il tarixində Bakı şəhərində, Ukraynanın AR-dakı Səfirliyinin dəstəyi ilə, “Sumqayıt ş. İ.Franko ad. Ukrayna İcması” diaspor təşkilatı “Azadlıq və müstəqillik uğrunda həlak olmuş şəxslərə rekviyem. Ukrayna və Azərbaycanın ideya və məqsədlərinin birliyi” mövzusunda tədbir keçirib.

Qonaq qismində tədbirdə “Azərbaycanın Ukrayna konqresi” nümayəndələri, Sumqayıt ş. ziyalıları və gəncləri, yerli Dövlət universitetlərinin tələbələri, №11 orta məktəbin, Bül-Bül adına incəsənət məktəbinin şagirdləri, İstedad litseyinin müəllimləri, Səfirliyin əməkdaşları iştirak edib.

Ukraynanın AR-dakı Səfiri V.Kanevskyi tədbir iştirakçıları qarşısında çıxış edərək, qeyd etmişdir ki, Ləyaqət İnqilabı zorakılıq, ədalətsizlik, Avropa demokratik dəyərləri və insan haqlarının pozulmasına qarşı üsyan edən insanları birləşdirmişdir, və ona görə də Ukrayna dövlətçiliyinin tarixində müəyyənləşdirici iz buraxmışdır. Ukrayna vətəndaşlarının düşüncəsini dəyişmiş onun idealları və nailiyyətləri xalqın yeni siyasi birliyini formalaşdırmışdır.



18-20 fevral 2014-cü il Kiyev hadisələri müstəqil Ukrayna tarixinin ən faciəvi səhifələri hesab edilir: dinc yürüşdən – kütləvi atəşə tutmalara qədər, sülh razılaşmalarından – Həmkarlar birliyi binasında sarsıdıcı yanğına qədər, eləcə də Müstəqillik Meydanında tam təmizləmə aparmaq məqsədilə o zamankı hakimiyyət tərəfindən Ukraynanın paytaxtında “anti-terror əməliyyatın” elan edilməsi. Səma Yüzlüyü həmin “əməliyyatın” nəticəsidir – 22 yanvar 20 fevral 2014-cü il tarixlərində Meydanda öldürülmüş 107 fəal.
Ukrayna Səfiri tədbir iştirakçılarına bildirmişdir ki, məhz fevralın 20-si, Səma Yüzlüyünün kütləvi atəşə tutulduğu zaman RF-nın planlaşdırılmış silahlı təcavüzü başlamışdır, hansı ki Ukraynanın bir hissəsinin, xüsusilə də, Krımın və Donbasın ayrı-ayrı rayonlarının müvəqqəti işğalına gətirib çıxarmışdır.
Rusiya təcavüzü nəticələrinin müharibədən sonrakı Avropa üçün görünməmiş olduğu vurğulanıb: 13 minə yaxın öldürülmüş, 30 mindən çox yaralı, 1,5 milyon köçkün. Ukrayna birliyinin sadəcə nümayiş etdirilməsi təcavüzkarların gözündə ağır cinayət kimi görünmüşdür. Repressiyalara Krımın yerli xalqı – Krım tatarları da məruz qalır. Siyasi motivlər və saxtalaşdırılmış ittihamlar üzrə təqib etmə Rusiya təcavüzkar hakimiyyəti üçün sadə təcrübə olmuşdur.
Tədbir iştirakçıları qarşısında, həmçinin, “Sumqayıt ş. İvan Franko ad. Ukrayna İcamsının” Başçısı T.Musayeva, icmanın üzvü V.Poladova, Sumqayıt ş. gənclər mərkəzinin direktoru A.Rzayeva da çıxış etmişlər.

T. Musayeva öz çıxışında 20 yanvar 1990-cı ildə Azərbaycanın paytaxtında baş vermiş faciəvi hadisələrlə paralellər çəkmişdir. O zaman SSRİ tarixinin son səhifələrini öz vətəndaşlarına qarşı ağır cinayət törətməklə ləkələndirmişdir. Sovet rejimi əvvəlcədən düşünülmüş və xırdalıqla planlaşdırılmış cinayəti həyata keçirmişdir. Nəticədə dinc əhali arasında 170 nəfər həlak olmuş, 400-dən yuxarı şəxs yaralanmışdır. Bu hadisələr Azərbaycan tarixinə “Qanlı Yanvar” kimi daxil olub. Çıxışının sonunda T.Musayeva həm Ukrayna, həm azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi və iki dövlətin xalqları arasında dost münasibətlərinin möhkəmlənməsinin vacib olduğunu vurğulamışdır.
Sumqayıt yaradıcı kollektivinin üzvləri (L.İsmayılova və M.Əbdülov) Ukrayna və Azərbaycan dillərində vətənpərvərlik ruhunda mahnılar ifa etmişdirlər.

Tədbir zamanı iştirakçılar sənədli foto və video – materiallara baxmış, eləcə də uşaq rəsmlərindən ibarət sərgi ilə tanış olublar. 
