Dünəndən etibarən Rusiya hakimiyyəti Rusiyanın Ukraynaya qarşı davam edən hərbi təcavüzü ilə bağlı həqiqətləri dünyaya çatdıran məşhur Azərbaycan onlayn nəşrlərini Rusiyada bloklamağa başlayıb. Onların arasında Azərbaycandan kənarda da tanınmış media - “Haqqın” və “Minval” da var.
Bu analitik -informasiya xəbər agentliklərinin baş redaktorları Eynulla Fətullayev və Emil Mustafayevə, eləcə də Azərbaycanın media kollektivlərinə Rusiya-Ukrayna müharibəsini və Rusiya işğalçılarının Ukrayna torpaqlarında törətdiyi cinayətləri qərəzsiz işıqlandırdıqlarına görə məmnunluqla təşəkkür etdim.
