Yelena Zelenskayanın dünya ölkələrinin birinci şəxslərinin həyat yoldaşlarına açıq məktubu
17 Mart 2022 16:00

 Dünyanın ilk şəxslərinin həyat yoldaşlarına açıq məktub
Dinc Kiyevdə o avqust gününü heç vaxt unutmayacağam - biz ilk dəfə birinci xanımlar və cənabların sammitini keçirirdik. Qədim və eyni zamanda paytaxtın turistlər arasında məşhur olan Kiyevska Sofiya abidəsində baş tutmuş görüşümüzü unutmayacağam. 
Mən bu təşəbbüsümə görə çox həyəcanlı idim, çünki dünyanın birinci şəxslərinin həyat yoldaşları ilk dəfə idi ki həmfikirlər klubunda dünyanı daha da gözəl etmək üçün birləşəcəkdi. 
Bəli, hər şey alındı və sammitin nəticəsi olaraq biz dünyanın birinci xanımları və cənabları səviyyəsində beynəlxalq əməkdaşlıq üçün yeni platforma yaratdıq.
Sammitin digər nəticəsi birgə bəyanat oldu: biz hərbi münaqişə zonalarında qadın və uşaqların qayğısına qalmaq barədə razılaşdıq. Sanki hiss etmişdir... 
Düz altı ay və bir gün sonra Ukraynaya müharibə gəldi. O vaxt gördüyün günəşli şən Kiyevi tanıya bilməzdin. Onun binaları mərmi parçaları ilə dağıdılır. Sıx məskunlaşan ərazilər isə sındırılmış pəncərələrlə ağlayır. Xilasedicilər hər gün düşmənin vurduğu evlərin altından daha çox insanı çıxarır.
Ukraynanı tanımayacaqsınız. Çiçəklənən şəhərlərin yerində - kütləvi məzarlıqlar. Və biz, sağ qalanlar, on il qocalırıq, çünki biz uşaqları dəfn edirik və hər gün valideynlər üçün yas saxlayırıq.
Amma bizim həmin avqust sammitində qurulan dostluğumuz müharibədən də güclü oldu. Ukrayna təcavüzkarın hücumuna məruz qalanda hamınız köməyə gəldiniz. Siz hamınız bizim acınacaqlı vəziyyətimizi öz vəziyyətiniz kimi qəbul etdiniz. Siz mənim müraciətimə cavab verdiniz və Kremlin saxtakarlıqlarına qalib gələrək Ukraynada baş verənlərlə bağlı həqiqəti danışırsınız. Siz öz pulunuzu verirsiniz və humanitar yardım təşkil edirsiniz, müvəqqəti olaraq tərk etməyə məcbur olan ukraynalılara sığınacaq verirsiniz, ukraynalı uşaqları müalicəyə qəbul edirsiniz.
Zirvə görüşümüzdə biz güc olduğumuzu deyəndə, bunun bu dərəcə böyük olduğunu düşünmürdük. Biz (siz!) - böyük xeyirxahlıq qüvvəsiyik! Və bu məktubla hamınıza təşəkkür edirəm! Mən yalnız hər kəsi qucaqlamaq fürsətini xəyal edirəm.
Bizi kilometrlərlə döyüşlər və cəbhələr ayırır, amma özümü sizə həmişəkindən daha yaxın hiss edirəm, çünki hər gün sizin suallarınızı eşidirəm: “Ukrayna üçün daha nə etmək lazımdır?”. Axı siz bilirsiniz ki, Ukrayna indi təkcə özünü deyil, dünyanı da müdafiə edir, zərbəni Avropanın astanasında saxlayır.
Ukrayna adından cavab verirəm: 
– Ölkələrinizdə artıq 3 milyondan çox ukraynalı var ki, onlar torpaqlarını tərk etməyə məcbur olublar. Bunlar ərləri və valideynləri döyüşmək üçün qalan qadınlar və uşaqlardır. Evlərini itirdilər, bomba sığınacaqları və ölüm gördülər, yaxınları və gələcək üçün narahatçılıqdan gecələr pis yatırlar. Xahiş edirəm onları isidin. Və bu, yalnız yaşayış yeri və yemək vermək barədə deyil, uyğunlaşma məsələsi vacibdir - onların işləməsi və uşaqların təhsil ala bilməsi məsələsində kömək edin. Tibbi xidmətlərə çıxış əldə etməyə və lazım gələrsə, ölkələrinizdə dil kurslarına qatılmaları üçün yardım edin. Müvəqqəti olaraq sizin vətəndaşlarınız olsunlar, çünki onlar mütləq geri qayıdacaqlar. Ürəklərində sizin hərarətinizi özləri ilə apararaq gedəcəklər. 
Ukrayna adından cavab verirəm: 
– Minlərlə vətəndaşımız öz doğma şəhərlərində, evlərində əsir götürüldü. Onlarla heç bir əlaqə yoxdur, nə yeməkləri var, nə dərmanları var, rus düşməni isə getməyə cəsarət edənlərin kürəyinə atəş açaraq onları kənara buraxmır. Siz yəqin ki, İrpendən evakuasiyanın dəhşətli görüntülərini görmüsünüz - onlar bütün dünyanın mediasına yayılmışdır. İnsanlar uşaqları, qocaları, qohumları, heyvanları qucağına alaraq kilometrlərlə yol qət etdilər və hər bir neçə metrdən bir minaatan atəşindən qaçaraq yerə yıxılırdılar. Xilasetmə avtobuslarına bir neçə metr çatmayan ailənin fotosunu yəqin ki, görmüsünüz. Ana, iki uşaq və hətta itlər... Məyus ata heç birini sağ tapa bilmədi. 
Ukrayna adından cavab verirəm: 
– Bizə əsl təhlükəsiz humanitar dəhlizlər lazımdır! Minaatanların atəşə tutulmadığı dəhlizlər. Hansı ki, orada yaşlılar infarktdan ölmürlər. Hansı ki, orada bütün ailələr ölmür. Vətəndaşlarımızı əsirlikdən sağ-salamat çıxarmalıyıq! Və burada bizim birgə gücümüz lazım olacaq, əziz həmkarlar. Bizə Qırmızı Xaç, UNICEF, ATƏT-ə təqdim edəcəyimiz, açıq tələbli, Ukraynanı belə dəhlizlərlə təmin etmək üçün birgə bəyanatımız lazımdır! Qoy bu mötəbər təşkilatlar nəhayət öz birbaşa işlərini görsünlər - insanları xilas etsinlər!
Ukrayna adından cavab verirəm: 
– Müharibə başlayandan indiyədək bizdə 4300 uşaq dünyaya gəlib. Onlar zirzəmilərdə, metrolarda, bomba sığınacaqlarında, bəzən isə sığınacaqlı doğum evlərində doğulublar - ötən gün Mariupolda olduğu kimi. Bu uşaqlar heç vaxt dinc səma görməyiblər. Sadəcə bunu təsəvvür edin. Həyatlarında heç vaxt. Yaxın aylarda isə daha 80 min ukraynalı qadın ana olacaq. Bu anaların və uşaqların partlayışlardan qorxmamağa, aclıqdan, qorxudan ağlamamağa haqqı var. Onların sülh hüququ var. Bu sizdən və məndən asılıdır.
Zirvə görüşümüz də buna görə idi, elə deyilmi? Və bunu etdikdə biz yenidən dinc, günəşli Kiyevdə görüşəcəyik. Gəlin razılaşaq. Mütləq. Kiyev gözləyir!
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux