Ukraynanın Azərbaycandakı Səfiri Vladyslav Kanevskyi "Qara yanvar" qurbanlarının xatirəsini yad etdi.
20 Yanvar 2021 14:18

Hər bir ölkənin tarixində faciəvi səhifələr vardır. Hər il yanvarın 20-si minlərlə azərbaycanlı sovet qoşunları tərəfindən Azərbaycanın müstəqilliyi uğrunda hərəkatın qanlı şəkildə yatırılması aktı olan “Qanlı yanvar” hadisələri zamanı həlak olanları yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edir.                                                           

Həmin gün Bakı sakinləri sovet tankları və atışmalarının səsinə oyanır, lakin nəticədə bütün xalq azadlıq arzusu ilə oyandı. Bu azadlıq istəyi qan bahasına başa gəldi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakını və Azərbaycanın digər bölgələrini mühasirəyə alan sovet qoşunları 147 mülki şəxsi öldürdü, bir çoxu əlil olan 744 günahsız insanı yaraladı və 400 nəfəri qanunsuz olaraq həbs etdi.           

Bu, Moskvanın Sovet İttifaqının dağılmasının qarşısını almaq cəhdinin bir hissəsi idi. Lakin repressiv tədbirlər müstəqillik hərəkatını daha da gücləndirdi və Azərbaycan əhalisinin əksəriyyəti öz vətəndaşlarına silah tuşlamış qanlı bir imperiya olan Sovet İttifaqının tərkibində qala bilməyəcəklərini anladılar.                

Tezliklə azərbaycanlılardan sonra başqaları da ayağa qalxdı: Litvadakı Sayudis, Ukraynadakı Xalq Hərəkatı, Estoniya Xalq Cəbhəsi. Beləliklə SSRİ dağılaraq xalqlar azad olmuşdur.            

Başınız sağ olsun, unutmadıq.

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux