Xarici İşlər Naziri Dmıtro Kuleba xarici auditoriya üçün nəzərdə tutulmuş müasir Ukrayna haqqında rəqəmsal portal olan UKRAINE.UA saytını təqdim edib.
Nazir bildirib ki, “Biz UKRAINE.UA saytını onun üçün yaratdıq ki, bütün dünya əsl: kreativ, dinamik, innovativ Ukraynanı tanısın. Bu ölkə müxtəliflik və əsrarəngiz təbiətə malik ölkədir. Bu ölkə azadlıq və şərəf ölkəsidir. Bu ölkədə minillik tarix və mədəniyyət gələcəyə dair ambisiyalı baxışla tamamlanır”.
Nazirin sözlərinə görə, layihənin yaradılmasına qabaqcıl mütəxəssislər və profilli agentliklər cəlb edilib, layihə işə düşdükdən sonra da hələ də kolaborasiya və inkişaf üçün açıq qalacaq.
“Xüsusilə də saytda yayda bəhs etdiyim “Ukrayna” fotobankı yerləşdirilib. O zaman mənim çağırışıma bir çox fotoqraf cavab verdi, onların gözəl işləri topluya əlavə edildi. Şəkillər qeyri-kommersiya məqsədlərlə Ukraynanın xaricdə tanınması üçün sərbəst şəkildə istifadə etmək olar” – deyə nazir bildirib.
Dmıtro Kuleba bildirib ki, layihənin yaradılmasının əsas drayverləri Ukrayna Xarici İşlər Nazirliyi və məqsədi Ukraynanın xaricdə mübət imicinin formalaşması olan Ukrayna institutu olub. XİN rəhbərinin sözlərinə görə, hal-hazırda saytın ingilisdilli versiyası fəaliyyət göstərir, 2021-ci il ərzində isə fransız, alman, ispan, ərəb və çin dillərində versiyaların işə salınacağı planlaşdırılır.
Ukrayna XİN başçısı bildirib ki, “Xaricilər Ukrayna ilə onlayn şəkildə tanış ola, onun maraqlana və buraya səfər edə bilər, sərmayə qoya və ya dövlətimizə təhsil almaq üçün gələ bilər”.
Nazir XİN komandasına, saytın yaradılmasında iştirak edənlərə və tərəfdaşlara, hər şeydən öncə, Ukraynanın Böyük Britaniyadakı Səfirliyinə öz təşəkkürünü bildirib. Layihə üzərindəki işlərə BMT-nin Ukraynadakı İnkişaf proqramı, Depositphotos, Ukraїner, “İllyaşev və tərəfdaşları”, “UkraineInvest sərmayələrin cəlb üzrə ofis, Ukrayna dövlət beynəlxalq təhsil mərkəzi, Ukraynanın Turizm inkişafı üzrə dövlət agentliyi, Ukraynanın Milli Yaddaş İnstitutu, Ukraynanın səyahət turizm operatorları assosiasiyası, Ukrainian Fashion Week, “Ukrayna Bessarabiyasının şərab və dad yolu” İctimai birliyi, Ukrainian Wine & Spirit School şərab mədəniyyəti üzrə eksperti və müəllimi Yevgeniya Nikolayçuk, Ukrayna Mədəniyyət Fondu, Ukrayna fotoqrafları, startapları, mədəniyyət institutları cəlb edilmişdir.
Sonra Dmıtro Kuleba saytın daha da təkmilləşdirilməsinə dair ideyası olan, fotobank uçubn şəkil təqdim etmək və ya layihə haqqında təəssüratlarını bölüşmək istəyən hər kəsi saytda yerləşdirilmiş elektron ünvandan istifadə edərək müraciət etməyə çağırıb.