Ukraynanın Müvəqqəti işğal altında olan ərazilərinin reinteqrasiyası məsələləri üzrə Naziri A.Reznikovun başçılığı ilə hökumət nümayəndə heyətinin Azərbaycana səfəri baş tutub
18 Aprel 2021 09:14

13-14 aprel 2021-ci il tarixində Ukraynanın Baş Nazirinin müavini – Ukraynanın müvəqqəti işğal altında olan ərazilərinin reinteqrasiya məsələləri üzrə naziri Aleksey Reznikovun başçılığı ilə hökumət nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri baş tutub, səfər zamanı yüksək səviyyədə ikitərəfli daşıqlar aparılıb:

– Azərbaycan Respublikasının Baş Nazirinin Birinci Müavini Yaqub Eyyubovla görüş baş tutub. Görüş zamanı tərəflər regional rəhlükəsizlikdən qarşılıqlı əlverişli layihələrdə birgə iştiraka qədər geniş spektrli məsələləri müzakirə ediblər.

Y.Eyyubov AR suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə Ukraynaya təşəkkür etdi və bildirdi ki, rəsmi Bakının Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dair mövqeyi də dəyişməz olaraq qalır.

Öz növbəsində A.Reznikov Rusiyanın dövlətimizə qarşı davamlı silahlı təcavüzü, xüsusilə də, Rusiya hərbçilərinin Ukrayna sərhədi ətrafında artıdığı barədə danışdı.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün ortaq fikirdə olduqlarını təsdiqlədilər.

– AR Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Sədri R.Rzayevlə görüş baş tutub.

Görüş zamanı həm Ukrayna, həm də Azərbaycan üçün məcburi köçkünlər məsələsinin aktual olduğu vurğulanıb.

Tərəflər azad edilmiş ərazilərin reinteqrasiyası məsələsində praktiki təcrübə mübadiləsinin bu sahədə geniş vəzifələr spektrinin həyata keçirilməsinə dair ardıcıl hərəkət planının effektiv şəkildə hazırlanmasına zəmin yaradacağını qeyd ediblər.

Bu kontekstdə, A.Reznikov Ukraynanın məcburi köçkünlər probleminin operativ həll olunması məqsədilə Ukrayna və Azərbaycan ekspertlərinin aktiv əməkdaşlığına hazır olduğunu bildirdi.

– Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarovla görüş baş tutub.

Ukrayna ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq iqtisadi sahədə bütün əməkdaşlıq spektrini müəyyənləşdirir. İşğal olunmuş ərazilərin reinteqrasiyası və iqtisadi inkişafı ilə bağlı təcrübə mübadiləsi uzunmüddətli perspektivdə mövcud ikitərəfli əməkdaşlığın bütün sahələrini dərinləşdirmək üçün əlavə imkanlar yaratmaq üçün vacib şərtdir.

Ukraynanın dövlət təşkilatları və özəl şirkətləri Azərbaycanın işğal olunmuş bölgələrinin infrastrukturunun bərpası üçün hədəfli layihələrin həyata keçirilməsində iştirak etməyə hazırdır. Bütün növ biznes fəaliyyətlərinin tətbiqi Ukrayna və Azərbaycan iqtisadiyyatının bütün strateji əhəmiyyətli sahələrində müştərək müəssisələrin yaradılmasına və istehsal kooperasiyasına yönəldilmişdir.

Hökumətlərarası səviyyədə qarşılıqlı fəaliyyət xarici ticarət əməliyyatlarının inkişafı, investisiya fəaliyyətləri, funksional və sahə layihələrinin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır. Əsas vəzifə hər iki ölkədə ticarət-iqtisadi əməkdaşlığın kəmiyyət göstəricilərini və işgüzar mühit üçün xidmətlərin keyfiyyətini artırmaqdır.

Ukrayna ilə Azərbaycan arasında xarici iqtisadi fəaliyyətdə işgüzar əməkdaşlıq üçün əlavə mexanizmlərin yaradılması ticarət evləri, biznes assosiasiyaları və biznes forumların fəaliyyəti baxımından sürətlənir. Bölgələrarası tərəfdaşlıq ticarət-iqtisadi əməkdaşlığın bütün spektrini intensivləşdirməyə və Ukrayna ilə Azərbaycan arasında dostluq əlaqələrini gücləndirməyə yönəlib.

Bundan əlavə, səfər çərçivəsində A.Reznikov azad edilmiş Ağdam şəhərinə regional səfəri həyata keçirib. Səfər zamanı Ukrayna nümayəndə heyətinin üzvləri qədim Azərbaycan şəhərinin vizit kartı olan, Ağdam rayonunda yeganə dağılmamış bina hesab edilə biləcək Ağdam məscidini ziyarət ediblər.

Daha sonra AR Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə heyətinin Sədr müavini S.Poladovun başçılığı ilə agentliyin mütəxəssisləri ilə interaktiv görüş baş tutumuşdur.

Humanitar minalardan təmizlənmə məsələsini müzakirə edərkən A.Reznikov, Ukraynalı mütəxəssislərin Donetsk və Luqansk avilayətlərinin müəyyən ərazilərini rus minalarından təmizləyərək müntəzəm olaraq "bacarıqlarını artırmaq" məcburiyyətində qaldıqları üçün Ukraynanın bu məsələdə böyük təcrübəyə sahib olduğunu qeyd etdi.

Tərəflər ərazilərin partlayıcı maddələrdən təmizlənməsinin bu gün Ukrayna və Azərbaycanın üzləşdiyi əsas problemlərdən biri olduğunu təsdiqlədilər. Bu baxımdan, bu mövzuda praktik təcrübə mübadiləsi aparılması və müvafiq ikitərəfli layihələrdə birgə iştirak barədə razılığa gəlindi.

A.Reznikovun Azərbaycanın qabaqcıl KİV mətbuat konfransı Ağdam səfərinin yekun elementi oldu.

13-14 aprel 2021-ci il tarixində Ukraynanın Baş Nazirinin müavini – Ukraynanın Müvəqqəti işğal altında olan ərazilərin reinteqrasiya məsələləri üzrə naziri A.Reznikovun başçılığı ilə hökumət nümayəndə heyətinin Bakı ş. səfəri çərçivəsində Ukraynanın İnfrastruktur Naziri Vladislav Krikliy yüksək səviyyədə bir sıra ikitərəfli danışıqlar aparıb, xüsusilə də:

- AR Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri R.Nəbiyevlə görüş baş tutub. Görüş zamanı iki ölkə arasında yükdaşımaların həcminin artırılması üçün dəmir yolu və dəniz nəqliyyatından istifadə edərək yükdaşımaların təşkilində rəqabətçi qarşılıqlı faydalı şərtlərin yaradılmasının vacibliyi vurğulandı.

İkitərəfli əməkdaşlığın bir sıra məsələləri müzakirə edildi. Xüsusilə beynəlxalq nəqliyyat marşrutlarının inkişafı, nəqliyyatın bütün sahələrində nəqliyyat və logistika infrastrukturunun genişləndirilməsi, hava nəqliyyatı daşımalarının tam həcmdə bərpası, avtomobil nəqliyyatı sahəsində - nəqliyyat rejiminin liberallaşdırılması və rəqəmsal texnologiyalardan istifadə.

Ukraynada yol-nəqliyyat infrastrukturundakı layihələrin həyata keçirilməsində iştirak edən Azərbaycan şirkətlərinin mühüm rolu vurğulandı. GUAM və TRACECA – da əməkdaşlığa dair əlavə imkanlar qeyd edildi.

- Azərbaycan Respublikasının Energetika Naziri P.Şahbazov ilə görüş baş tutdu. Görüş zamanı Ukrayna-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclasının protokol qərarlarının icrasına dair cari audit aparılmışdır. HK-nin fəaliyyəti enerji, kənd təsərrüfatı, yol nəqliyyatı, turizm və hər iki ölkənin dövlət müəssisələrinin özəlləşdirilməsi sahələrində iqtisadi əməkdaşlığın əsas sahələrində əməli işlərlə qeyd olunur.

Hökumətlərarası səviyyədə əsas vəzifə xarici ticarət əməliyyatlarının, investisiya fəaliyyətinin inkişafına, funksional və sahə layihələrinin həyata keçirilməsinə dəstək vermək üçün hərtərəfli işlərin davam etdirilməsidir. Tərəflərin məqsədyönlü tədbirləri xarici iqtisadi fəaliyyətin kəmiyyət göstəricilərinin və hər iki ölkədə biznes mühiti üçün xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib.

Ukrayna ilə Azərbaycan arasında enerji, nəqliyyat və digər iqtisadi əməkdaşlıq sahələrində investorların bundan sonrakı işləri qeyd edildi.

Bundan əlavə, səfər çərçivəsində V.Krikliy Gəncə ş. regional səfər edib.

Azərbaycanla bölgələrarası əməkdaşlıq iki ölkə arasında tərəfdaşlığın bütün sahələrində konkret təkliflər və təsirli həll mənbəyidir.

Metallurgiya müəssisələrinin birgə modernləşdirilməsi, Ukrayna texnologiyalarına əsaslanan elektron cihazların istifadəyə verilməsi, nəqliyyat sahəsindəki əməkdaşlığın perspektivlərini və habelə hər iki ölkənin ali təhsil müəssisələri arasındakı əməkdaşlığı V.Krikliyin Gəncə ş. İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramovla qabaqcıl müəssisələrin rəhbərləri və elmi müssisələrin nümayəndələri ilə görüşünün əsas mövusu oldu.

Gəncə şəhərində Ukrayna Məhsulları ticarət şəbəkəsinin on birinci ən böyük mağazasının açılışı baş tutdu. Bu, bu şəbəkənin Azərbaycanın paytaxtı Bakıdan kənarda, Ukraynanın aparıcı istehsalçılarının məhsullarını satan ilk ticarət obyektidir.

Odessa və Gəncə dövlət aqrar universitetləri arasında əməkdaşlıq haqqında Saziş imzalandı. Bu Odessa və Gəncə şəhərləri arasında qardaşlıq və tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı istiqamətində atılmış əmin addım oldu.

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux