Bakıda “Qara dəniz regionunda təhlükəsizlik çağırışları və əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa formatında müzakirə keçirildi
15 İyul 2025 17:20

Bu gün Ukrayna Dövlətçilik Günü münasibətilə Bakıda “Qara dəniz regionunda təhlükəsizlik çağırışları və əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa formatında müzakirə keçirilib. Tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center) tərəfindən Ukraynanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə təşkil olunub.


Müzakirədə Ukrayna tərəfindən iştirak edənlər: Ukrayna Milli Strateji Tədqiqatlar İnstitutunun (NİSD) direktoru Oleksandr Bohomolov və NİSD-nin departament direktorunun müavini Kostyantyn Voytovskidir. Azərbaycan tərəfindən isə AIR Center-in rəhbəri Fərid Şəfiyev, Milli Məclisin deputatı və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Eynulla Məmmədli, AIR Center-in departament direktoru Şahmar Hacıyev, eləcə də Azərbaycanın analitik mərkəzlərinin və elmi qurumlarının nümayəndələri iştirak ediblər.


Dəyirmi masa çərçivəsində Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibə fonunda Qara dəniz-Xəzər regionunda təhlükəsizlik çağırışları, Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq kontekstində əməkdaşlığın genişləndirilməsi, Orta Dəhlizin inkişafı və ölkələrimizin dayanıqlığının gücləndirilməsi məsələləri müzakirə olunub.


Ukraynanın Azərbaycandakı Səfiri Yuriy Husyev çıxışında müasir dövrün qlobal və regional təhlükəsizlik çağırışlarını təsvir edib, ədalətli sülhə nail olunması məqsədilə Rusiya üzərində beynəlxalq təzyiqlərin gücləndirilməsinin vacibliyini vurğulayıb, Azərbaycana göstərdiyi humanitar yardım və Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib. O, həmçinin tədbirin keçirilməsinin qarşılıqlı dəstəyin, təcrübə mübadiləsinin və ölkələrimizin analitik və elmi dairələri arasında dialoqun genişlənməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux