İclas çərçivəsində— iqtisadiyyat, energetika, ticarət, mədəniyyət, logistika və nəqliyyat, təhsil və elm sahələrində birgə fəaliyyətlərin aydın planını özündə əks etdirən sənədlər Protokol və Yol xəritəsi imzalanmışdır.
Təchizat mövzusunda da müzakirələr aparılıb: Avropa İttifaqının diversifikasiya siyasəti çərçivəsində Azərbaycandan Ukraynaya qazın nəqli və Ukraynanın yeraltı qaz anbarlarının enerji təhlükəsizliyi və bərpa olunan energetikanın inkişafı üçün istifadəsi məsələləri diqqət mərkəzində olub.
Ukrayna nümayəndə heyəti Azərbaycanın göstərdiyi humanitar yardıma, xüsusilə də enerji sektorunun bərpası üçün təqdim olunmuş transformatorlar və enerji avadanlıqlarına görə, dərin təşəkkürünü bildirib.
Strateji tərəfdaşlığımızı daha da gücləndiririk və birgə irəliləyirik.