ünən Bakıda iki mədəniyyəti birləşdirən tədbir - “Ukrayna mədəniyyətinin yeni üfüqləri: Kino günləri” layihəsinə rəsmi start verildi!
29 Noyabr 2024 14:52

Açılış mərasimi Landmark Cinema-da keçirilib. Ukrayna və Azərbaycanın himnləri səsləndirildikdən sonra zal hərarətli birlik ab-havası ilə doldu. Ukraynanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Yuriy Husyev və Bakıdakı Ukrayna Mərkəzinin rəhbəri Olqa Husyeva salamlama nitqi ilə çıxış edərək iki xalq arasında mədəni əməkdaşlığın əhəmiyyətini vurğulamışlar.


Gecənin ilk filmi - “Evə” (rejissor Nəriman Əliyev) təqdim edən görkəmli ukraynalı aktyor və rejissor Axtem Seitablayevin çıxışı qonaqların xüsusi diqqətini çəkib. O, film və onun müasir Ukrayna cəmiyyəti üçün əhəmiyyəti haqqında fikirlərini səmimi şəkildə bölüşərək qeyd edib: “Bu film, şəxsiyyət haqqında, vətənlə bağlılıq və öz kökünü qoruyub saxlamağın nə qədər vacib olması haqqında filmdir”.


Gecənin əlamətdar məqamı Ukraynanın nüfuzlu “Qızıl Dzıqa” kinomükafatının təqdimatı olub. Ukrayna Milli Kinematoqrafçılar İttifaqının rəhbəri, tanınmış kinematoqraf və Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin Kinematoqrafiya kafedrasının müdiri Serhii Bordenyuk Azərbaycan rejissoru və aktyoru Novruz Paşayevi təntənəli şəkildə "La Palisada" filmindəki roluna görə mükafatlandırıb. Novruz Ukrayna ilə Azərbaycan arasında mədəni körpülərin möhkəmlənməsinə mühüm töhfə verib.


Ukraynalı jurnalist, prodüser, siyasətçi, ictimai xadim, IV və V çağırış Ukraynanın xalq deputatı Yuriy Artemenkoya və kino, televiziya və teatr prodüseri, iş adamı, Avropa Kino Akademiyasının (2018) və Ukrayna Kino Sənayesi Assosiasiyasının üzvü Serhii Lavrenyuka filmlərin seçilməsində və nümayiş üçün nüsxələrin əldə edilməsində göstərdiyi köməyə görə səmimi təşəkkürlər. Onların dəstəyi sayəsində festival proqramı həqiqətən də unudulmaz oldu. 
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux