Ukrayna və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri!
27 Noyabr 2024 15:06

Bu gün Ukraynanın Səfiri Yuriy Husyev onlayn rejimdə Irpin Business Forum 1.0-da iştirak edib və burada iqtisadi diplomatiyaya həsr olunmuş paneldə Ukrayna və Azərbaycan Respublikası arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə dair çıxış edib.


Səfir çıxışı zamanı diqqəti aşağıdakılara yönəldib:

Bərpa layihələrinə investisiyaların potensial artımı. Qəhrəman şəhərimiz və Qəhrəmanlar şəhərimiz İrpendə poliklinika və məktəbin bərpası üçün Azərbaycandan kömək cəlb edilməsinin uğurlu təcrübəsi.

 • İnvestisiya layihələrinin həyata keçirilməsində müştərək imkanlar, dövlətlərarası və regionlararası səviyyədə qardaşlaşmış şəhərlərin və proqramların təcrübəsinin bölüşdürülməsi, habelə logistika zəncirlərinin inkişafı.

 • 2024-cü ilin 10 ayında Azərbaycan Respublikasına Ukraynanın dövriyyəsinin və ixracının 15,1% artması, İrpin və Laçın şəhərləri arasında əməkdaşlıq haqqında sazişin bağlanması.


Ukraynanın Fövqəladə və Səlahiyyətli Səfiri Yuriy Husyev qeyd edib ki, “Irpin Business Forum” kimi platformalar strateji tərəfdaşlıq əlaqələrinin həyata keçirilməsinə töhfə verməklə sahibkarlar, biznes assosiasiyaları, investorlar və diplomatlar arasında konstruktiv dialoq üçün gözəl şərait yaradır.


Yardım və dəstəyə görə Azərbaycana və bütün tərəfdaşlarımıza səmimi qəlbdən təşəkkür edirik!

Gələcəyi birlikdə qururuq!

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux