11.06.2020-ci il tarixində “Ukrayna- Azərbaycan: qlobal dəyişikliklər dövründə iqtisadi əməkdaşlıq” şüarı altında Ukrayna Ticarət-Sənaye Palatası tərəfindən, Ukrayna və Azərbaycanın diplomatik missiyalarının rəhbərləri, hər iki ölkənin mərkəzi icra hakimiyyəti orqanları, ictimai təşkilatlar, ticarət evləri və işgüzar dairələrinin nümayəndələrinin (65 iştirakçıya yaxın) iştirakı ilə web-görüş təşkil olunmuşdur.
2019-cu ildə həyata keçirilmiş əməkdaşlığın müsbət nəticələri fonunda hər iki ölkə arasındakı cari əməkdaşlıq Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan Respublikasına rəsmi səfəri və iqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan birgə hökumətlərarası komissiyasının 12-ci iclasının nəticələrinə əsasən müəyyən edilmiş iqtisadiyyat sahəsindəki gələcək iddialı planların icrasının təmin olunmasına yönəlmişdir.
Qeyd olunan web-görüşün əsas mövzusu COVID-19 pandemiyasının mənfi təsiri şəraitində Ukrayna-Azərbaycan əməkdaşlığı məsələlərindən ibarət idi.
Vacib bir məqam ondan ibarətdir ki, koronavirus dövrü hər iki ölkənin xarici-siyasi qurumları, iqtisadiyyat və nəqliyyat nazirlikləri, gömrük xidmətləri, kiçik və orta biznesə dəstək üzrə agentliklərinin iştirakı ilə bütün növ operativ qarşılıqlı əlaqə, cavab tədbirləri və müvafiq qərarların qəbulu prosedurlarının aktivləşdirilməsini tələb edir.
Ümumi vəzifələrimiz ikitərəfli ticarətin, investisiyaların həcminin artırılması, irimiqyaslı nəqliyyat-energetika infrastruktur layihələrinin, Hökumətlərarası komissiya və GUAM işçi qrupları çərçivəsində əlaqələrin həyata keçirilməsindən ibarətdir.
COVID-19 pandemiyasının iqtisadiyyat üçün yaratdığı mənfi şəraitə baxmayaraq, hər iki dövlət arasında mal dövriyyəsi, xüsusilə də elektrik enerji maşınqayırması və metallurgiya üzrə yüksək texnoloji məhsulların dövriyyəsi artmışdır.
Energetika sahəsində əməkdaşlıq və GUAM nəqliyyat dəhlizi sistemində yüklərin nəqliyyat-tranzit daşımalarının həcminin artması prioritet məsələrindən biridir.
Nəqliyyat daşımaları və logistika sahəsində tarif siyasətinin liberalizasiyası, hər iki ölkənin nəqliyyat və gömrük sahələrində rəqəmsal texnologiyaların tətbiqi, eləcə də GUAM azad ticarət haqqında Sazişin qüvvəyə minməsi Aİ və Mərkəzi Asiya ölkələrinin iqtisadi potensialının cəlb olunması perspektivini yaratmalıdır.
İki ölkə arasında işgüzar fəallığın təşviqi üçün əlavə mexanizmlər baxımından Bakıda Ukraynanın və Kiyevdə Azərbaycan ticarət evlərinin fəaliyyətinin inkişafına mühüm yer verilir. Bu ticarət təşkilatlarının rəhbərləri hər iki ölkənin işgüzar dairələri ilə işləməyə hazır olduqlarını xüsusi vurğuladılar. Web-görüş Ukrayna və Azərbaycan biznes nümayəndələrinin iştirakı Ukrayna və Azərbaycan bazarlarında aktiv işləmək üçün ənənəvi olaraq böyük marağın olduğunu təsdiqlədi.