Fevralın 9-u Ukraynanın Azərbaycandakı Səfiri Vladyslav Kanevskyi AR Milli Məclisə keçirilən növbədənkənar seçkiləri müşahidə etmək üçün Azərbaycana təşrif buyurmuş, Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədrləri Lyudmila Marçenko, Maryan Zablotskiy və Svyatoslav Yuraşla görüşüb. Tərəflər Ukrayna və Azərbaycan arasında, xüsusilə də parlamentlərarası əlaqələr səviyyəsində, ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi perspektivlərini müzakirə etdilər.
Bundan əlavə, Ukrayna Ali Radasının xarici siyasət və parlamentlərarası əməkdaşlıq məsələləri üzrə Komitəsinin Xaricdəki ukraynalılarla əlaqə və onların hüquq və maraqlarının müdafiəsi məsələləri üzrə yarımkomitənin rəhbəri Ukraynanın xalq deputatı Svyatoslav Yuraşla görüş zamanı Ukrayna icması ilə əlaqələr, eləcə də ikitərəfli əməkdaşlığının inkişafı kontekstində digər layihələr müzakirə olunub.
Görüşün nəticələrinə əsasən, xüsusilə də hər iki ölkənin parlamentlərinin dostluq qrupları arasında əməkdaşlığı qurulması perspektivləri, gələcək konstruktiv əlaqələr həyata keçirilməsi barədə razılıq əldə edilib.
