Fevralın 18-i Bakı Slavyan Universitetində (BSU) №323 Kiyev gimnaziyası, Yaroslav Mudrıy adına Beynəlxalq xeyriyyə fondu və BSU, eləcə də Azərbaycanın Ukrayna Konqresi arasında elm və təhsil sahəsində üçtərəfli əməkdaşlıq haqqında müqavilələrin imzalanması baş tutub.
Müqavilənin imzalanmasının məqsədi münasibətlərin inkişafı, Ukrayna dilinin, mədəniyyətinin, ədəbiyyatının, tarixinin və adətlərinin Azərbaycan Respublikasında təşviqi, birgə təhsil və mədəni layihə və proqramların həyata keçirilməsi, istedadlı tələbə və gənclərə dəstəyin verilməsi, tələbə və müəllimlərin mübadiləsindən ibarətdir.



