Ukraynanın Birinci xanımı Olena Zelenskanın himayəsi altında Ukrayna dilində audiobələdçilər dünyanı fəth etməyə davam edir: Ukraynanın Birinci xanımı Olena Zelenskanın təşəbbüsü ilə həyata keçirilən mədəni-maarif layihəsi çərçivəsində xaricdə 101-ci ukraynadilli audiobələdçinin təntənəli açılışı baş tutub.
Ukraynanın xarici işlər naziri Andriy Sıbiha həyat yoldaşı -Ukrayna Diplomatlarının Həyat Yoldaşları Assosiasiyasının təsisçisi Tetyana Sıbiha və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin komandası ilə birlikdə Bakıda yeni ukraynadilli audiobələdçinin təqdimatını həyata keçiriblər.
Bu dəfə Ukrayna dili Xəzər dənizinin sahilində səsləndi – Azərbaycan paytaxtında lövbər salmış, dünyada ilk tanker-muzey olan “Suraxanı”da. Bu, ukraynalıların dünyanı kəşf edərkən özlərini evdəki kimi — doğma dillərində hiss etmələri üçün atılmış daha bir addımdır.
Bu genişmiqyaslı layihə Birinci xanım Olena Zelenskanın fəal şəkildə irəli apardığı mədəni diplomatiyanın parlaq nümunəsidir — o, Ukrayna dili və mədəniyyətini ardıcıl olaraq bütün dünyada təbliğ edir. Qoy, Ukrayna dili dünyanın hər yerində səslənsin.
Dünyanın muzeylərində və tarixi abidələrində ukraynadilli audiobələdçilər – həm nümayəndəlik baxımından, həm də praktiki baxımdan Birinci xanım Olena Zelenskanın olduqca vacib mədəni təşəbbüsüdür. Bu təşəbbüs çərçivəsində artıq 50-dən çox ölkədə 100-dən artıq audiobələdçi fəaliyyət göstərir.
Olena Zelenska Foundation / Olena Zelenskanın Fondu
Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi