“Bu gün mən Bakıda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olundum. Biz Ukrayna-Azərbaycan ikitərəfli münasibətlərinin əsas mövzuları və beynəlxalq gündəlik barədə açıq və ətraflı fikir mübadiləsi apardıq.
Xüsusi diqqətimizi Rusiyanın təcavüzünə necə son qoymaq və ədalətli, davamlı sülhü necə təmin etmək məsələsinə yönəltdik.
Mən Prezident Əliyevə Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə, habelə qış aylarında göstərilən humanitar və enerji yardımlarına görə şəxsən təşəkkürümü bildirdim.
Biz Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının inkişafında növbəti addımları müzakirə etdik.
Bu baxımdan, Azərbaycanın bu il 10–11 iyul tarixlərində Romada keçiriləcək Ukraynanın Bərpası üzrə Konfransda iştirakı mühüm əhəmiyyət daşıyacaq”, – deyə Ukraynanın xarici işlər naziri bildirib.