Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirib.
Dövlət başçısı Azərbaycan tərəfindən Ukraynanın suverenliyi və ərazi bütövlüyünə göstərilən prinsipial və ardıcıl dəstəyə görə minnətdarlığını bildirib.
Volodimir Zelenski həmçinin İlham Əliyevi və bütün Azərbaycan xalqını ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistanla sülhə dair əldə olunmuş razılaşmalar münasibətilə təbrik edib.
Ukrayna və Azərbaycanın liderləri Ukraynada real sülhün bərqərar olması üçün diplomatik səyləri və bunun ən qısa zamanda reallaşdırılması yollarını müzakirə ediblər.
Xüsusi diqqət enerji əməkdaşlığına yönəlib. Ukrayna Prezidenti enerji sisteminin dəstəklənməsinə görə Azərbaycana təşəkkür edib. Tərəflər bu sahədə əməkdaşlığın davam etdirilməsində eyni dərəcədə maraqlı olduqlarını qeyd ediblər.
Liderlər, həmçinin, mümkün müdafiə əməkdaşlığı barədə danışıblar və növbəti təmasları razılaşdırıblar.