Bu uşaqların valideynləri Rusiya silahlı təcavüzü nəticəsində ya itkin düşüb, ya əsir götürülüb, ya da həlak olub.
Onlara dity.help xeyriyyə platformasının gənc ifaçıları da qoşulub. Bu istedadlı uşaqlar “Qara dəniz oyunları”, “Dity.Help Music”, “Uşaq Avroviziyası” kimi nüfuzlu vokal müsabiqələrinin qalibləri və laureatlarıdır.
17 aprel tarixində Quba şəhərində böyük konsert baş tutub. Bu tədbirdə müxtəlif bölgələrdən olan, fərqli həyat yolları keçmiş və müxtəlif istedadlara sahib uşaqlar birlikdə səhnəyə çıxıblar.
Dity.Help Music peşəkar komandası və M1 telekanalının aparıcısı Qalina Zaviska birlikdə uşaqlar üçün dəstək və güvən dolu bir mühit yaradılıb. Hər bir uşaq özünü ifadə edə, yaradıcılıqda güc taparaq daxili potensialını kəşf edə bilib. Bu təcrübə bir çoxu üçün unudulmaz və transformasiyaedici olub. Yeni yaradıcılıq dueti və dostluqlar yaranıb.
Tədbir çərçivəsində uşaqlar ekskursiyalarda iştirak edib, akvaparkda dincəlib, həmyaşıdları ilə ünsiyyətdən, yeni təəssüratlardan və səmimi dəstəkdən zövq alıblar.
Bakıda yerləşən Ukrayna Mərkəzinin nümayəndələri uşaqlar üçün vətənpərvərlik bilərziklərinin toxunması və armudu stəkanların bəzədilməsi üzrə ustad dərsləri keçirib, onlara Azərbaycanın simvolikası, adət-ənənələri və mədəniyyəti barədə danışıb. Uşaqlar evə yeni bacarıqlar, əlləri ilə düzəltdikləri suvenirlər və isti xatirələrlə qayıdıblar.
“Uşaqlar üçün, gələcək naminə. Ukrayna – Azərbaycan” adlı bədii aksiyanın gerçəkləşməsi Ukrayna Xarici İşlər Nazirliyi, Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahı, NEQSOL HOLDING, “Azərbaycan–Ukrayna” parlamentlərarası əlaqələr işçi qrupunun rəhbəri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əlibala Məhərrəmzadə, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi və dity.help xeyriyyə platformasının əməkdaşlığı sayəsində mümkün olub.
Layihənin təşəbbüskarları Ukraynanın Azərbaycandakı Səfiri
Yuriy Husyev və dity.help platformasının və Ümumukrayna Tavriya Xeyriyyə Fondunun təsisçisi Mykola Bahrayev olub. Həmçinin tədbirin həmtəşkilatçıları sırasında Vyacheslav Jukov, “Gələcəyin insanları” layihəsinin rəhbəri Viktoriya Tsymbalyuk, rejissor və DITY.help music layihəsinin koordinatoru Nadiya Yevstratovska yer alıb.