Ukrayna Xarici İşlər Nazirliyi 31 mart tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində baş tutumuş qondarma prezident və parlament seçkilərini qəti şəkildə qınayır.
Bu qondarma seçkilər heç bir hüquqi nəticəyə malik deyil və beynəlxalq hüquq norma və prinsiplərinə ziddir.
Ukrayna növbəti dəfə Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün çıxış edir.