23-24 fevral 2021-ci il tarixlərində Ukraynanın Xarici İşlər Nazirinin Müavini Vasıl Bodnar Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. Səfər zamanı Nazirin Müavini bir sıra yüksək səviyyəli ikitərəfli danışıqlar aparmışdır, xüsusilə də:
- Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüş keçirilib. Görüş zamanı tərəflər 2020-ci il ərzində hər iki dövlətin siyasi, iqtisadi, energetika və investisiya sahəsində qarşılıqlı əlaqələrini təhlil etmiş və 2021-ci ilə dair müvafiq perspektivləri müzakirə etmişdirlər. Bu kontekstdə, Azərbaycanın azad edilmiş ərazilərinin həyat fəaliyyətinin bərpası məsələsini müzakirə edərək, V.Bodnar həmkarına Ukraynanın qatıla biləcəyi layihələr haqqında məlumat verib.
Öz növbəsində H.Hacıyev AR-nın suverenliyi və ərazi bütövlüyünə verdiyi qəti dəstəyə görə Ukraynaya təşəkkür etmiş və bildirmişdir ki, rəsmi Bakının Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dair mövqeyi dəyişməz olaraq qalır.
Eyni zamanda, Ukraynanın başlatdığı xüsusi çoxtərəfli mexanizmdə - Krım platformasında Azərbaycan tərəfinin iştirakına ümid bəslədiyi vurğulandı.

- Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov ilə görüş keçirildi, görüş zamanı tərəflər Ukrayna ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın gündəliyindəki geniş məsələləri müzakirə etdilər. Digər məsələlərlə yanaşı, tərəflər Ukrayna ilə Azərbaycan Respublikası arasında yüksək və ən yüksək səviyyədə siyasi dialoqun dərinləşdirilməsi barədə fikir mübadiləsi apardılar.
Ukrayna və AR iqtisadi sahəsindəki əməkdaşlığını müzakirə edərkən, diplomatlar investisiya layihələrinin artırılması zərurətini xüsusi vurğuladılar. Nəticə olaraq bu Ukrayna-Azərbaycan strateji münasibətlərinin dərinləşdirilməsi üçün vacib tərkib hissəsi olacaqdır.
Eyni zamanda, tərəflər hər iki dövlətin suverenliyi və ərazi bütövlüyü üçün qarşılıqlı dəstək və bu prinsipin gələcəkdə dəyişməzliyi barədə ətraflı danışdılar. Xüsusilə C.Bayramov Dağlıq Qarabağ münaqişəsindəki döyüşlər zamanı Ukraynanın mövqeyini yüksək qiymətləndirdi.

Bundan əlavə, səfər çərçivəsində V.Bodnar Şamaxı şəhərinə regional səfərini həyata keçirmişdir. Orada o, Ukraynanın Fəxri Konsulluğunu ziyarət etmişdir. Nazirin Müavini qeyd etmişdir ki, Ukraynanın Azərbaycanda ilk fəxri konsulluğunun açılması Ukraynanın Prezidenti V.Zelenskinin 2019-cu ilin dekabr ayında Azərbaycana səfəri zamanı əldə edilmiş razılşamların müntəzəm realizasiyasıdır. Həmçinin, UFK-nun Ukraynanın AR-dakı Səfirliyi ilə iqtisadi fəaliyyəti Ukrayna və Azərbaycan arasında işgüzar fəallığın artmasına təsir edəcəyi vurğulanıb.
V.Bodnar bildirmişdir ki, Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulluğunun fəaliyyəti ikitərəfli əməkdaşlığın bütün sahələrində regionlararası əməkdaşlığın genişlənməsinə səbəb olur.

“Ukrayna Ticarət Evi” MMC-nin Baş direktoru Ə.Məhərrəmzadə ilə görüş zamanı Ukrayna və AR arasında ticarət-iqtisadi əməkdaşlığının genişləndirilməsi strategiyasına dair ətraflı fikir mübadiləsi aparılıb. UTE rəhbərliyi Ukrayna XİN yanında Eksportçu və investorlar şurası ilə əməkdaşlığın qurulmasına dair təqdim olunan təkliflə maraqlandığını bildirdi.

Bundan əlavə, səfər çərçivəsində Ukraynanın 30 qabaqcıl şirkətinin Premium-klass məhsulunu təqdim edən “Ukrayna məhsulları” Bakı ticarət şəbəkəsinin 10-cu mağazasının təntənəli açılışı baş tutdu. 2021-ci ildə daha 5 mağazanın açılışının planlaşdırıldığı qeyd olundu.

Səfərin yekununda Ukraynanın Xarici işlər nazirinin müavini V.Bodnar “Bayka” Ukrayna mətbəxi restoranının təntənəli açılışı mərasimində iştirak edib. Yeni restoranın ənənəvi Ukrayna yeməklərini ilk dadan və restoranın ilk qonaqları illər boyu Ukraynanın Azərbaycandakı Səfirliyi ilə fəal və biganə olmayan əməkdaşlığı ilə seçilən Azərbaycanın Ukrayna icmasının fəal üzvləri olmuşdur.
Ukrayna icmasının nümayəndələrinin iştirakı ilə improvizasiya edilmiş çıxış canlı dost dialoqunu gücləndirmiş və Vətəndan yuzaqda yaşayan və mədəni irsini qorumağa, eləcə də Azərbaycan və Ukrayna arasındakı əlaqələri gücləndirməyə çalışan Ukraynalıları daha birləşdirdi.

