Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Vladyslav Kanevskyi Azərbaycan Xarici İşlər Nazirliyinin Xocalı faciəsinə həsr edilmiş konfransında iştirak edib. Tədbir zamanı diplomatik müəssisələrin rəhbərlərinə Azərbaycan xalqının tarixinin ən qara səhifələrindən biri haqqında sənədli film nümayiş etdirilib.
Azərbaycanın şəhəri olan Xocalıda xarici təcavüz nəticəsində dinc əhalinin kütləvi qırğını baş vermiş 26 fevral 1992-ci il tarixi həm Azərbaycan xalqının, həm də biganə olan hər kəsin yaddaşında əbədi qalacaqdır.
Ukrayna xalqı böyük kədər hissi ilə Azərbaycan xalqının ağrısını bölüşür, və 1932-1933-cü illərdə Sovet hakimiyyəti tərəfindən qəsdən təşkil olunmuş süni aclıq və repressiyalar nəticəsində Ukraynalıların da öz həyatı üçün mübarizə apardığı dövrləri unutmur.
