80 il əvvəl Avropa sülh qazandı, lakin Ukrayna üçün bu tarix — dərin bir yaradır: o müharibənin dəhşətləri hər bir ailəyə toxundu, 8 milyondan çox ukraynalı həlak oldu.
Bu gün Ukrayna yenidən mübarizədədir — bu dəfə “raşizm”ə qarşı.
“Ukrayna mübarizəni davam etdirir və biz tək deyilik. Sizinlə — dostlarımızla birlikdə biz ədalət, sülh və azadlıq uğrunda qələbə qazanırıq. Bu qələbə mütləq gələcək — bütün həlak olanların, sağ qalanların və övladlarımızın naminə.”
Tədbirdə ukraynalı diplomatlar, Ukrayna icmasının və təşkilatlarının nümayəndələri, həmçinin Azərbaycan Əlillər, Veteranlar və Şəhid Ailələri İttifaqının üzvləri iştirak etdilər. Birlikdə qəhrəmanlığı yad etdik və Ukraynanı müdafiə edərkən həlak olmuş azərbaycanlı qəhrəmanların Xatirə Divarı önünə gül dəstələri qoyduq.
Keçmişi xatırlayırıq. Ədalətli sülh və gələcək naminə bir yerdə dayanırıq.