Ənənəvi olaraq, Qolodomorun Anım Günündə ukraynalılar evlərinin pəncərələrində və ya bütün Ukraynada və xaricdə Qolodomor abidələrinin yaxınlığında şam yandırırlar.
Ukraynalı diplomatlar Azərbaycanın Ukrayna icmasının nümayəndələri və Ukrayna Mərkəzinin əməkdaşları ilə birlikdə hər il keçirilən tədbirə qatılıblar. Onlar şam yandıraraq bir dəqiqəlik sükutla qolodomorların günahsız qurbanlarının xatirəsini yad ediblər.









