Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) rektoru Vladimir Buqrovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetinin birinci İqtisadi Forumunda iştirak etmək üçün Bakıda səfərdədir.
Təhsil sahəsində qarşılıqlı əməkdaşlıq, tələbə və müəllimlər arasında birgə mübadilə layihələrinin həyata keçirilməsi, Ukrayna dili və təhsilinin Azərbaycanda tanıdılması məsələlərini müzakirə etmək üçün Kiyev Milli Universitetinin rektorunun Bakıdakı Ukrayna Mərkəzini ziyarəti səfərin mühüm elementi olub.
Görüşün nəticələrinə əsasən KMU və Ukrayna Mərkəzi arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.







