Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb
01 İyul 2025 19:34

Ukrayna Dövlətinin  başçısı ölkəmizə, xalqımıza və ərazi bütövlüyümüzə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Həmçinin Rusiya Federasiyasının Azərbaycan vətəndaşlarına qarşı hörmətsiz davranışlarına və Azərbaycan Respublikasına yönəlmiş təhdidlərinə qarşı Ukraynanın birmənalı dəstəyini ifadə edib.


Ukrayna Prezidenti Rusiyada Səfərov qardaşlarının qətlə yetirilməsi ilə bağlı Azərbaycan tərəfinə başsağlığı verib və bütün faktların araşdırılacağına, ədalətin bərpa olunacağına əminliyini ifadə edib.


Dövlət başçıları ikitərəfli münasibətləri, enerji sahəsində əməkdaşlığı və humanitar sahədə birgə fəaliyyəti də müzakirə ediblər. İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə olunub.


Mənbə və foto: Ukrayna Prezidentinin Ofisi
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux