Bakı-Kiyev marşrutu üzrə növbəti reys
(30.09.2020)
Hörmətli vətəndaşlar, 30 sentyabr 2020-ci il tarixində Bakı-Kiyev marşrutu üzrə növbəti (artıq 12-ci) reysin həyata keçirilməsi planlaşdırılır. Reys haqqında vacib məlumat aşağıda qeyd olunub.
Məlumatın həm bizim, həm Azərbaycan vətəndaşları arasında daha çox yayılması üçün maksimal dərəcədə paylaşmağınızı xahiş edirik!
Bakı-Kiyev bortu 30 sentyabr tarixində saat 21:10 (Bakı vaxtı ilə) yola düşür. Təyyarə Kiyevə həmin tarixdə saat 23:55-də (Kiyev vaxtı ilə) çatacaq. Biletləri bu link üzrə əldə etmək olar https://skyup.aero/ru/best#special.
Bu reysdən Ukrayna vətəndaşları və COVID-19 virusunun müalicəsi, observasiyası ilə bağlı xərcləri sığortalayacaq polisi (şəhadətnamə, sertifikat) olan əcnəbilər, habelə 08.09.2020-ci il tarixində elan edilmiş Ukrayna Nazirlər Kabinetinin 02.09.2020-ci il tarixli, #791 "Ukrayna Nazirlər Kabinetinin 22 iyul 2020-ci il tarixli, #641 Qətnaməsinin 10-1-ci bəndinə dəyişikliklərin edilməsi haqqında" Qətnaməsinə müvafiq olaraq Ukraynaya səfər etməyə icazəsi olan şəxslər yararlana bilər.
Qeyd olunan hökumət qərarına əsasən, 28.09.2020-ci il tarixinə qədər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Ukraynaya girişinə dair bəzi aspektlər dəqiqləşdirilib.
Aşağıdakı şəxslərə Ukraynaya səfər etməyə icazə verilir:
1) Ukrayna vətəndaşı olan şəxsin həyat yoldaşı, valideyni, uşağı, babası və ya nənəsi;
2)ali təhsil müəssisəsində təhsil almaq məqsədilə Ukraynaya səfər edən şəxslər;
3) Silahlı Qüvvələrdə hərbi xidmət keçən şəxslər;
4) Ukraynada daimi və ya müvəqqəti yaşayan şəxslər, Ukraynada daimi və ya müvəqqəti yaşamağa icazəsi olan şəxslər;
5) qaçqın kimi tanınmış əlavə müdafiəyə ehtiyacı olan şəxslər;
6) əcnəbi və ya vətəndaşı olmayan şəxslərin əməyindən istifadə etməyə icazəsi olan şəxslər;
7) Ukraynada akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluq müəssisələrinin, rəsmi beynəlxalq missiyaların, təşkilatların nümayəndələri və onların ailə üzvləri;
8)Ukrayna Prezidenti, Ukrayna Ali Radası, Ukrayna Nazirlər Kabineti, Ukrayna Prezidentinin Ofisi, Xarici İşlər Nazirliyinin dəvəti ilə Ukraynaya səfər edən xarici dövlətlərin rəsmi nümayəndə heyətlərinin başçıları və üzvləri, beynəlxalq təşkilatların əməkdaşları, eləcə də onları müşayiət edən şəxslər;
9) Xarici işlər nazirliyinin dəvəti ilə Ukraynaya səfər edən şəxslər;
10) daimi daşımaları həyata keçirən yük nəqliyyat vasitələrinin, avtobusların sürücüləri və/və ya ekipaj üzvləri, hava, dəniz və çay gəmilərinin ekipaj üzvləri, qatar və lokomotiv briqadaların ekipaj üzvləri;
11) Silahlı Qüvvələrinin bölmələrinin hazırlığı üzrə tədbirlərdə iştirak edən və ya Müdafiə Nazirliyinin dəvəti ilə səfər edən NATO üzv-dövlətlərinin və NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının iştirakçı-dövlətlərinin silahlı qüvvələrinin təlimatçıları;
12) mədəniyyət müəssisəsinin dəvəti ilə onları müşayiət edəcək şəxslə səfər edən mədəniyyət xadimləri;
13) Ukrayna ərazisində keçirilən rəsmi idman yarışların iştirak etmək üçün səfər edən şəxslər və onları müşayiət edən şəxslər;
14) Ukrayna müəssislərinin nümayəndələrinin dəvəti ilə Ukraynaya səfər edən texniki mütəxəssislər;
15) transplantasiya üçün hematopoetik kök hüceyrələrin daşınmasını həyata keçirən şəxslər;
16) Ukraynanın səhiyyə müəssələrinə müalicəyə gələn şəxslər.