Azərbaycanın Ukraynaya enerji yardımı və Ukrayna ilə həmrəyliyi!
07 Oktyabr 2026 13:19

Bu gün Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası — istilik mövsümü ərəfəsində və mövsüm ərzində Ukraynanın enerji sisteminin bərpası və fəaliyyətinin təmin edilməsi üçün zəruri olan enerji avadanlıqları göndərilir.
Yardıma güclü transformatorlar, 186 kilometr elektrik kabeli və enerji sistemimizin bərpası üçün lazım olan digər avadanlıqlar daxildir. Ümumilikdə, bu mühüm yükü yaxın zamanda çatdıracaq 10 ağırtonnajlı yük avtomobili Ukraynaya yola salınacaq.
“Ukraynaya göstərilən son dərəcə mühüm dəstəyə, həmrəyliyə və dostluğa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Hökumətə və bütün Azərbaycan xalqına səmimi təşəkkürümüzü bildiririk.
Bu yardım həmrəyliyin və Ukrayna–Azərbaycan strateji tərəfdaşlığının əməli təzahürü olmaqla yanaşı, Rusiyanın davam edən genişmiqyaslı təcavüzü şəraitində enerji sistemimizin dayanıqlığının möhkəmləndirilməsinə mühüm töhfədir.
Azərbaycanın bu qardaşlıq yardımını yüksək qiymətləndiririk. Bu yardım hazırda Ukrayna üçün xüsusilə aktual və vacibdir”, — deyə Ukraynanın səfiri Yuriy Husyev bildirib.
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux