Bu gün həmin əməkdaşlığın konkret və son dərəcə mühüm nəticəsi var — bir insan zəruri müalicə alaraq doğmalarının yanına qayıdıb.
2022-ci ildən Azərbaycanda yaşayan Ukrayna vətəndaşı Nataliya bu yaxınlarda Kiyevdəki Milli Xərçəng İnstitutunda müalicəsini uğurla başa vuraraq Azərbaycana qayıdıb.
Genişmiqyaslı müharibəyə baxmayaraq, ukraynalı həkimlər hər gün pasiyentləri müalicə etməyə və insan həyatını xilas etməyə davam edirlər. Milli Xərçəng İnstitutu ixtisaslaşdırılmış onkoloji tibbi yardım göstərməkdə davam edir, ukraynalı tibb işçiləri isə öz peşələrinə və pasiyentlərinə sadiq qalırlar.
“Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi üçün bu Memorandum heç vaxt sadəcə formal sənəd olmayıb. Bizim üçün Ukrayna və Azərbaycanın tibb müəssisələri arasında əldə olunmuş razılaşmaların praktik müstəvidə davam etdirilməsi və konkret insanlara fayda verməsi vacibdir.
Nataliyanın hekayəsi məhz belə bir nümunədir.
Bu hekayə göstərir ki, hazırda Azərbaycanda yaşayan ukraynalılar zərurət yarandıqda Ukraynada ixtisaslaşdırılmış tibbi yardım ala bilərlər.
Ukraynanın Milli Xərçəng İnstitutunun kollektivinə peşəkarlıqlarına, əməkdaşlıqlarına və insanpərvərliklərinə görə səmimi təşəkkürümüzü bildiririk.
Nataliyaya möhkəm cansağlığı, güc-qüvvət və qarşıdakı illərdə çoxlu xoşbəxt günlər arzulayırıq”, — deyə Ukraynanın səfiri
Yuriy Husyev bildirib.
Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi bu cür müsbət nəticələrin sayının artması məqsədilə səhiyyə sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığının inkişafına bundan sonra da dəstək göstərməyə davam edəcək.