Ukrayna Prezidenti Vladimir Zelenskiy Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.
22 Sentyabr 2020 21:23

Ukrayna Prezidenti Vladimir Zelenskiy Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. 

Tərəflər epidemioloji vəziyyəti və koronavirusun yayılmasına qarşı mübarizədə Ukrayna və Azərbaycanda həyata keçirilən tədbirləri müzakirə ediblər. 

Vladimir Zelenskiy qeyd edib ki, Ukraynada digər ölkələrlə müqayisədə COVID-19 virusundan vəfat edən şəxslərin sayı azdır. Eyni zamanda o vurğulamışdır ki, vətəndaşlar karantin məhdudiyyətlərindən artıq yorulublar. 

Prezidentlər peyvəndin ən qısa zamanda hazırlanacağına ümid etdiklərini bildirmişlər və koronavirusun yayılmasına qarşı mübarizədə hər iki ölkənin səylərinin gələcəkdə də birləşəcəyi barədə razılaşmışlar.

Ukrayna dövlətinin başçısı, həmçinin, Azərbaycanın Prezidentinə Donbasdakı təhlükəsizliklə bağlı vəziyyət haqqında danışıb. O, Normand formatının iştirakçı-ölkələrinin liderlərinin müşavirlərinin görüşü zamanı davamlı atəşkəs rejiminə riayət olunması zərurətinin təsdiq olunduğunu xatırladıb. Bu rejim artıq iki aydır davam edir. Bu müddət ərzində təxribat nəticəsində Ukrayna bir hərbçisini itirib, lakin digər günlərdə döyüş itgisi faktiki olaraq olmamışdır. 

İlham Əliyev Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirmiş və Azərbaycanın Ukraynaya yaxın strateji tərəfdaş kimi yanaşdığını vurğulamışdır. 

Prezidentlər Azərbaycanın iri biznes və investorlarının fəal iştirakı ilə Ukraynada həyata keçirilən bir sıra genişmiqyaslı infrastruktur və investisiya layihələrinin yerinə yetirilməsini müzakirə ediblər. 

Vladimir Zelenskiy qeyd etmişdir ki, - "Sevindiricidir ki, Azərbaycanlı tərəfdaşlar vacib layihələrimizin həyata keçirilməsində fəal iştirak edirlər. M-01 Kiyev-Çerniqov-Novi Yarıloviçi yolunun 38-ci kilometrinin əsaslı təmiri bunun parlaq nümunəsidir. Biz, həmçinin, "Çonqar" giriş-çıxış nəzarət məntəqəsində xidmət mərkəzinin tikintisini yekunlaşdırırıq". 

Ukrayna Prezidenti ikitərəfli siyasi dialoqun dinamikasını qeyd etmiş və Azərbaycan şirkətlərini böyük özəlləşdirmədə iştirak etməyə dəvət etmişdir. O, həmçinin, "Antonov" DM ilə layihələr çərçivəsində ikitərəfli əməkdaşlığın fəallaşdırılmasını təklif etmişdir. 

Vladimir Zelenskiy və İlham Əliyev Ukrayna və Azərbaycanın mədəni-humanitar sahədə, idman, turizm və insanlararası əlaqələr sahəsində əməkdaşlığının müzakirəsinə ayrıca diqqət yetirmişlər. Həmçinin, Ukrayna Prezidenti Azərbaycan Milli Xalça Muzeyinin Ukraynanın birinci xanımının layihəsini həyata keçirdiyinə və turistlərə Ukraynadilli audio-bələdçi xidmətini təqdim etdiyinə görə təşəkkür etmişdir. 

Ukrayna dövlətinin Başçısı bildirmişdir ki, - "Mənə son dərəcə xoşdur ki, Muzey ölkəmizin Müstəqillik Günündə Ukraynaya belə gözəl hədiyyə edib. Bu ilin avqust ayından etibarən muzey Ukraynca "danışır".

https://www.president.gov.ua/news/volodimir-zelenskij-proviv-telefonnu-rozmovu-z-prezidentom-a-63857

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux