Bu bayram təkcə bu günümüz haqqında deyil. O, min ildən çox yaşı olan dövlətçiliyimizin tarixindən – Kiyev Rusu dövründən bu günə qədərki yolumuzdan bəhs edir.
Bu gün biz 988-ci ildə xristianlığı qəbul etmiş və bu yolla dövlətçiliyimizin təməlini qoymuş Böyük knyaz Volodimirə ehtiramımızı ifadə edirik.
Ukrayna dövlətçiliyi hər bir işğalçıdan güclüdür. O, üçdişli gerbimizdə, bayrağımızın göy və sarı rənglərində, mahnılarımızda və şeirlərimizdə öz əksini tapır.
Tariximiz sübut edir: biz olmuşuq, varıq və olacağıq. Bu gün ukraynalılar silah ilə təkcə bu günlərini və gələcəklərini deyil, keçmişlərini də – kimliklərini, tarixlərini və dəyərlərini – müdafiə edirlər.
Ukrayna Dövlətçilik Günü mübarək! Yaşasın Ukrayna!