Sentyabrın 25-i Xarkov vilayətində Çuquyev ş. hava limanında eniş zamanı Ukrayna Silahlı Qüvvələrinin An-26 təyyarəsi qəzaya uğrayıb.
26 nəfər həlak olub. Bir yaralının həyatı üçün həkimlərimiz hal-hazırda mübarizə aparır. Digərlərinin taleyi məlum deyil.
Ukrayna Prezidenti Vladimir Zelenskiy 26 sentyabr tarixini Ukraynada matəm günü elan edib.
Bu dəhşətli faciədə həlak olanların doğmalarına və yaxınlarına dərin başsağlığımızı bildiririk.

