24 aprel tarixində Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Yuriy Husyev ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri üzrə Dövlət Xidmətinin rəisi Mətin Eynullayev arasında görüş baş tutmuşdur. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər və özəlləşdirmə, həmçinin investisiya sahəsində ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur.