Malayziya hava yollarına məxsus MH17 təyyarəsinin Ukrayna səmasında vurulmasının ildönümü günündə biz düşüncələrimizlə həlak olanların qohumları və yaxınlarının yanındayıq.
Həlak olan hər bir kəsi xatırlayırıq və MH17 təyyarəsinin vurulması üzrə işdə ədalətin zəfər çalması və bu dəhşətli cinayətdə təqsirli olanların cəzalandırılması üçün mümkün olan hər şeyi edəcəyik.
Ukrayna cinayət prosesi çərçivəsində təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə, Niderland və Birgə təhqiqat qrupu üzrə digər partnyorlarla sıx əməkdaşlığı davam etdirməyə qərarlıdır və bu ildə başlayan məhkəmə prosesini alqışlayır.
Biz, həmçinin, BMT-nin Beynəlxalq Məhkəməsindəki proses çərçivəsində RF-nın terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq konvensiya üzrə öz öhdəliklərini pozduğuna görə məsuliyyətə cəlb olunması üçün bütün mümkün tədbirləri görürük.
Bu istiqamətdə vacib addım kimi Niderlandın İnsan haqları üzrə Avropa məhkəməsinə müraciətini qeyd etmək istəyirik. Həmin müraciətlə RF-nın MH17 təyyarəsinin vurulmasında rolu nöqteyi-nəzərdən onun məsuliyyətə cəlb edilməsi məqsədilə, həmin ölkəyə qarşı iddia irəli sürülmüşdür.
Rusiya Federasiyasını öz məsuliyyətini tanımağa, öz beynəlxalq öhdəliklərini, xüsusilə də, BMT TŞ 2166-cı Qətnaməsini yerinə yetirməyə və təhqiqatla əməkdaşlıq etməyə çağırırıq.