16 травня 2019 року Посол України в Азербайджанській Республіці Владислав Каневський провів зустріч із Заступником Міністра закордонних справ Азербайджану Халафом Халафовим.
Під час зустрічі сторони обговорили поточний стан відносин між Україною та Азербайджаном, ключові напрями українсько-азербайджанського співробітництва на найближчу перспективу, а також підтвердили принципову позицію сторін щодо подальшої взаємної підтримки суверенітету та територіальної цілісності обох країн.
Висловлена обопільна зацікавленість докладати необхідних зусиль для зміцнення відносин між Україною та Азербайджаном як на двосторонній основі, так і в рамках міжнародних організацій. Обговорено алгоритм двосторонньої взаємодії на ближчу перспективу у контексті проведення заходів високого рівня.
________________________________________________________________
Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri V.Kanevskyi Azərbaycan Xarici İşlər Nazirinin Müavini X.Xələfovla görüşüb
16 may 2019-cu il tarixində Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Vladyslav Kanevskyi Azərbaycan Xarici İşlər Nazirinin Müavini Xələf Xələfovla görüşüb.
Görüş zamanı tərəflər Ukrayna və Azərbaycan arasındakı münasibətlərin cari vəziyyətini, yaxın perspektivdə Ukrayna-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərini müzakirə etmiş, eləcə də tərəflərin hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünün gələcəkdə də qarşılıqlı qaydada dəstəklənməsinə dair prinsipial mövqeni təsdiqləmişlər.
Ukrayna və Azərbaycan arasındakı münasibətlərin həm ikitərəfli əsaslarla, həm də beynəlxalq təşkilatlar çərçivəsində möhkəmlənməsi üçün lazımi səylərin göstərilməsinə dair qarşılıqlı maraq ifadə edilmişdir. Yüksək səviyyəli tədbirlərin keçirilməsi kontekstində ən yaxın gələcəkdə ikitərəfli qarşılıqlı əlaqələrin ardıcıllığı müzakirə olunub.