• A-
    A+
  • Людям із порушенням зору
  • Українською
  • Azərbaycan
Bakıda daha bir Ukrayna restoranı açıldı!
Опубліковано 16 грудня 2022 року о 21:45

Bu gündən etibarən Bakıda daha bir Ukrayna restoranının açılması sayəsində Ukrayna Azərbaycanda bir az da çoxalır.

Layihənin konsepsiyası ondan ibarətdir ki, restoranda həm Ukrayna, həm də Azərbaycan mətbəxi təqdim olunsun. Restoranın məqsədi isə milli yeməklərimizin həm müxtəlifliyini, həm də ümumiliyini nümayiş etdirəcək Ukrayna və Azərbaycan mətbəxinin elementlərinin optimal birləşməsini tapmaqdır.

Bugünkü layihəmiz Ukrayna Ticarət Evinin Baş direktoru Əlibala Məhərrəmzadənin sayəsində həyata keçirilib.

rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzü şəraitində Ukrayna biznesi böyük çağırışlarla üzləşdi. Ölkəmizlə ticari-iqtisadi əməkdaşlıq əsasında inkişaf edən xaricdəki biznes qurumları da oxşar vəziyyətlə üzləşiblər. Bu gün onlar yeni modellər və logistika qurmaq məcburiyyətindədirlər.

Məhz bu səbəbdən Bakıdakı Ukrayna mağazalar şəbəkəsinin fəaliyyətinin müvəqqəti olaraq yenidən formatlaşdırılması lazımdır. Çünki biz önümüzə həmişə yüksək planka qoyuruq - belə ki, Ukrayna mağazalarında ən geniş çeşiddə mallar, ən yaxşı məhsullar və qiymət və keyfiyyətin vəhdəti olmalıdır. 

Azərbaycanlılar üçün Ukraynadan hər zaman Ukraynanın konkret bölgələrində məşhur olan ən yaxşı ərzaq məhsulları gətirilir.

Amma biz həmişə o mövqedən çıxış edirik ki, istənilən çağırış fürsətə çevrilməlidir. Və bu məhz indi edilməlidir. Buna Azərbaycanın Ukraynaya böyük və zəruri humanitar yardım göstərməsi sayəsində daha da möhkəmlənən xalqlarımız arasında mövcud səmimi dostluq kömək edir.

Bu gün Ukrayna brendi Azərbaycanda populyar olmaqda davam edir və bizim qələbəmizdən sonra bu, nəinki bugünkü itkiləri kompensasiya edəcək, həm də qarşılıqlı əməkdaşlığımızı və strateji tərəfdaşlığımızı həndəsi silsilə şəklində inkişaf etdirəcək, əsl bum olacaq.

Millətimizin yaşaması təhlükə altında olanda bütün dünya ölkə rəhbərliyinin, silahlı qüvvələrimizin və bütün Ukrayna xalqının nümayiş etdirdiyi xarakteri və inamı gördü. Maskalar atıldı və bütün sivil dünya işğalçının saysız-hesabsız vəhşiliklərini, soyqırımın təzahürünü, rusiyanın Ukraynanın dinc əhalisinə qarşı apardığı müharibəni gördü.

Lakin biz əminik, biz dayanacağıq və mütləq qalib gələcəyik – bu bizim ümumi qələbəmiz olacaq!

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux